Qışın son ayında necə həm trendlərə, həm də, havaya uyğun geyinək?

Qışın son ayında qış qarderobunu yeniləmək  məntiqli olmaya bilər, xüsusən də, Bakı kimi isti şəhərdə. Bəs necə edək ki, son ayda həm yeni trendlərə, həm də, hava şəraitinə uyğun geyinək?
Qarderobunuzu qarışdırın, qara qış çantalarının yerinə ötən yay istifadə etdiyiniz rəngli  çantalarla qış look-unuza rəng qatın. Yaz aylarında çox sevərək geyindiyiniz pencəkləri cins şalvar və ya uzun ətəklə kombinləyib, çiyninizə qış paltosunu atın. Bu sizə havalı görünüş verəcək, həmçinin “layering” stili bu il də trenddir.
Açıq yaz/yay ayaqqabılarınızı paltolar və isti kardiganlarla kombinləməkdən çəkinməyin.
Modamaniya sizlərə ən son küçə stillərini təqdim edir. Onlara uyğun öz look-larınızı hazırlaya bilərsiniz.
Əsmər Göyüşova