“Animal Print” ailəsinin yeni üzvü: Qəhvə rəngli inək naxışı

Başda leopard olmaqla, heyvan dərisi naxışları axır vaxtların sevilən trendi olmuşdur. Zebra, zürafə, ilan dərisi kimi bütün bu naxışlara bu sezon təzəsi əlavə olundu: Qəhvə rəngli inək naxışı!

Meghan Markle, keçdiyimiz günlərdə London’da getdiyi bir ziyarətdə bu naxışdan istifadə olunan şəffaf bir Gianvito Rossi markasının ayaqqabısını geyinmişdi.

Bu naxış bir çox adama Western təsiri yaratmış olur ki, Claire Rose Cliteur də bu naxışdan olan geyimini elə inək naxışlı kovboy botlar ilə tamamlamağı seçmişdi.

Mango da kolleksiyasında inək naxışına yer verməyə başlamışdır.

Leopard qədər qalıcı və diqqət çəkən bir yerə sahib ola bilərmi bilmirik, amma görünüşə görə bir müddətlik də olsa gözümüzü bu naxışa öyrəşdirməli olacağıq.

Zəhra Həsənli