Həmişə zərif və stil sahibi  görsənməyinizi təmin edəcək 3 Kombin…

Kombinlərinizdə risk almadan, stil yaratmaq istəyirsinizsə, bu məqalə sizin üçündür:

Cins Şalvar + Ağ T-shirt

90-lardan bu günə gələn bu sadə ama bir o qədər də zərif trend üçün, qüsursuz ağ t-shirt tapmalısınız. Düzgün yaxa və qol kəsiminə, parçaya və modelə sahib olan ağ t-shirt tapdıqdan sonra arxası gələcəkdir!

Caitlynin qızılı boyunbağıları kimi aksesuarlar, bu kombini hərəkətləndirmək üçün yaxşı bir fikirdir.

Gödəkçə və hündürdaban ayaqqabılar ilə hər yerə uyğun kombin yarada bilərsiniz.

Paris stilini sevənlər üçün bu kombin tam yerinə düşür. Kiçik bir çanta və ipli sandallar və Voila!

Çiçək naxışlı don + Dəri Bot

Bütün yaş tipi üçün uyğun bir kombin! Qısa donlarınızı qalın dabanlı Doc Martens’lər ilə, daha uzunları isə, yüksək dabanlı botlar ilə hər mövsümə uyğun istifadə edə bilərsiniz.

Dərin yırtmaclı donlarda da qalın dabanlı botlar zövqlü görsənəcək.

Kovboy botları və “oversize” sviterlər ilə kombininizi hərəkətləndirə bilərsiniz.

Kostyum

Bədən tipinizə görə seçə biləcəyiniz pencək və şalvar modelləri ilə özünüzə uyğunlaşdıracağınız bu look, vaxtı olmayan bir kombindi.

Əgər kostyum bədəninizə qüsursuz formada oturursa, aksesuar istifadəsinə ehtiyac belə qalmayacaq.

Hətta kostyumun içinə əlavə bir şey geyinməyinizə ehtiyac yoxdur. Bu halda çox gözə çarpan bir kombin yarada bilərsiniz.

Zəhrə Həsənli