Shailene Woodley-nin New-York stili…

Məşhurların moda həftələrinə necə önəm verdiklərini bilirik. Onlar moda dəfiləsinin podiumunda olmasalar belə, şoudan əvvəl ən az şou qədər diqqətləri üzərlərinə çəkə bilirlər.
Məşhur aktrisa Shailene Woodley New-York moda həftəsinin iki təkrar olunmaz stilinin sahibi oldu. İlk öncə onu qara dəri köynək, solğun sarı rəngli ətək, hündür daban, boğazı corab tərzində ayaqqabıda və həcimli uzun pencəkdə gördük. Bunlar aktrisaya güclü modern hava vermişdir. Sonra isə o, daha rəngli daha parlaq və bəzəkli görünüşü ilə romantik obraz yaratdı.
Sizcə onlardan hansı aktrisaya daha çox yaraşır?
Əsmər Göyüşova