“İkinci Dəri” trendi artıq podiumlardadır…

Biz dörd gözlə yazın gəlməsini, daha incə, daha rəngli geyinməyi gözləyərkən, dünya brendləri artıq yeni ilin qış trendlərini nümayiş edir. New-York moda həftəsində 2019-un payız/qış kolleksiyalarında “tək parça” qara dəri trendini gördükdən sonra  artıq gələn qışı da, iplə çəkəcəyik. Tom Ford, Adeam, Derek Lam, Assembly  və digərləri bu trenddən istifadə edərək, kolleksiyalarında geyimin şalvar, köynək, gödəkçə və hətta əlbisənin qara dəri parçadan ibarət olduğu look-lara yer veriblər. Dəri geyinmək o qədər rahat olmasa da, o bir çox yerə geyinmək üçün uyumludur.
Əsmər Göyüşova