Yaz-Yay parça trendləri…

Denim, ipək və şifon podiumların daimi residentidir. Bu materiallar dəfələrlə müxtəlif dizaynlarda təqdim olunsa da, trend titulunu uğurla daşıyırlar. Bu ilki favorit denim seçimləri rəngli (İsabel Marant) və əlavə cibləri olan (Acne)  modellərdir.
İpək və şifon isə, həm gündəlik həm də gecə geyimlərində sevilərək istifadə olunur.
Son zamanlar tez-tez qarşımıza çıxan lələk trendi isə gecə geyimlərindən küçə dəbinə çox tez keçdi. İstənilən geyimə teatral hava qatan lələklər artıq ayaqqabı və çantalarda, saç aksesuarlarında istifadə olunur.
Yaz yağışında yerinə düşəcək plastik plaşlar, həm obrazınıza modern görünüş verəcək, həm də  şəffaf olması ilə bütün look-unuzu diqqət mərkəzində saxlayacaq.
Uzun müddətdir, diqqətdən kənar qalan balıq toru və makrame geyimlər yaz-yay kolleksiyalarında populyarlığını qaytarmağa başladı. Louis Vuitton kobud və iri toxunmalı ətəkləri, Altuzarra isə rəngli və incə toxunmalı əlbisələri geri qaytardı. 2000-lərin nostaljik modelləri  artıq küçə dəbində də sevilməyə başlayıb.

Nigar Məmmədova