Yaz-Yaz ayaqqabı trendləri qışı təkrarlayır…

Bu ilin yaz-yay ayaqqabı trendləri qışınkindən elə də fərqlənmir…

Yenə də Logo çılğınlığı, əyri dabanlar və şəffaf detalları podiumlarda tez-tez gördük. Lakin, yenilik gətirən dizaynerlər də az deyildi.

Dior və Stella McCartney zərif, pastel tonlarında ballerina ayaqqabılarını podiumlara daşımışdı. Hər bir qarderobda ən az 1 cüt balet ayaqqabısının zəruruiliyi nəzərə alsaq, bu model öz aktuallığını uzun müddət qoruyacaq.

Keçən illərdə sevilən uzun və iti uclu ayaqqabılar bu mövsüm yerini kvadrat burunlu ayaqqabılara verdi. Həm qış, həm də yay dəfilələrində bu model ayaqqabılar müxtəlif stillərə uyğunlaşdırılaraq, təqdim olunmuşdu. Balenciaga və Off-White-ın dizayn etdiyi modellər bu futuristik modelin ən yaxşı nümunələrindən idi.

Təbii ki, keçmişdən gələn modellərsiz bu siyahını bitirmək olmaz.

Miu Miu və Givenchy 80-lərin disco-stil, kiçik dabanlı neon ayaqqabılarını geri gətirmişkən,  Louis Vuitton, Céline və Alexander McQueen eyni dövrün rok-şık stilinə müraciət etdi.

Nigar Məmmədova