Olivia Palermo Karl Lagerfeld ilə növbəti aylarda birgə işə başlayacaqdır…

Olivia Palermo Karl Lagerfeld ilə növbəti aylarda birgə işə başlayacaqdır…

Olivia Palermo Karl Lagerfeld ilə növbəti aylarda birgə işə başlayacaqdır.

Birgə iş, Karl Lagerfeldin hazırlayacağı 2019 Payız/Qış kolleksiyasında Olivia Palermonun da iştirak edəcəyi 5 dizayndan ibarətdir.

“Karl Lagerfeld ilə olan birgə iş ilə əlaqəli xəbərləri nəhayət paylaşdığım üçün çox həyəcanlıyam” deyən Olivia Palermo, həmçinin “Bu işdə birgə baxış bucaqlarımızı həyata keçirmək və öz fikirlərimi Karlın Payız/Qış 2019 kolleksiyasında canlandıracağım üçün qürur hissi duyuram” dedi.

Demək olar ki, ən yaxşı geyinənlər arasında öz yerini alan və dəfilələrin ön sırasının dəyişməz adı olan Palermo, hər zaman fərqli parçaları bir yerə gətirmə bacarığına sahibdir.

Zəhra Həsənli