91-ci Oskarda kimlər yadda qaldı?

Səbirsizliklə gözlənilən 91-ci Oscar mükafatlandırılması bir çox maraqlı məqam ilə keçən gün Los-Ancelesdə baş tutdu. Əvvəl ki, illərə baxdıqda bu dəfə ulduzların yadda qalan obrazlara deyil, sadəliyə üstünlük verdiyini görürük. İrina Sheyk, Emily Clark, Charliz Theron kimi məşhurlar kare saçı yenidən ön plana çıxardılar.

Lady Gaga, Lucy Boynton və Amandla Stenberg isə retro stilə üstünlük vermişdi.

İlk Oskarını qazanan Lady Gaga qırmızı xalçaya ilk gəlişindən etibarən boyunbağısı ilə marağa səbəb oldu. 128 karatlıq sarı brillant ilə bəzdilmiş Tiffany & Co. markasına məxsus boyunbağı 50-ci illər stilində geyinmiş ulduzun obrazını tamamlayırdı.

Ümumiyyətlə, bu il qonaqlar diqqəti geyimə deyil, aksesuarlara cəmləmişdi. Cartier, Bvlgari və Tiffany markaları ulduzların gecə boyu göz qamaşdırmasını ustalıqla təmin etmişdi.

Nigar Məmmədova