TOMMYNOW dünya premyerasında təqdim edildi…

Yaz/Yay 2019 Tommy x Zendaya ortaq kolleksiyası, 2 Mart günü Paris Moda Həftəsidə gerçəkləşdi. TOMMYNOW dünya premyerasında təqdim edildi.

1970-ci illərin güclü ikonik qadınlarının qabağa çıxdığı ilk Tommy x Zendaya kolleksiyası, o dövrlərdə hazırlanan əfsanəvi “Battle of Versailles” dəfiləsini və podiuma çıxan Amerikalı modellərin təsirli mövqeyini xatırladır. Kolleksiyada yüksək belli cins şalvarlar və kostyum-libaslar,  krem rəngi, sürməyi və şərab qırmızısı rəng çalarları, “Z” və “T” işləmələri ilə güclü və özgüvənli stillər yaradılmışdır. Göyqurşağı rəngli zolaqlar və çox rəngli bürclərdən ilhamlanmış naxışlar, maxi libaslardan atlaz köynəklərə qədər bütün kolleksiyaya əyləncəli toxunuşlar əlavə edilmişdir. Geniş şalvalar və belə oturan blazer gödəkçələr fərqli dizaynlar ilə kolleksiyada öz yerini almışdır.

Paltarlardan aksesuarlara, çimərlik geyimlərindən iç geyimlərinə qədər, bütün kolleksiya keçmişə olan həsrətini vurğulayır və gələcək üçün həyəcanlanır. Həmçinin, kolleksiya Zendaya’nın özünəməxsus özgüvənli stil duyğusunu markanın klassik Amerikan “cool” tərzi ilə birləşdirir.

Zəhra Həsənli