Lagerfeld imzalı əfsanə Chanel çantalar…

Ötən ay Chanel çox dəyərli dizayneri Karl Lagerfeldi itirdi. Ancaq onun dizaynları Chanel-ə hələ çox uğur gətirəcək. Özü kimi əfsanəvi çanta modelləri yaradan Karl hər zövqə uyğun modellərlə dünya moda sevərlərinin ürəklərini asanlıqla fəth edə bilirdi.
Onun dəsti xəttindən “hit” olan əsas modellərlə tanış olaq.
“Chanel Classic” – 1980-ci il Lagerfeld imzalı bu çanta illərlə ən sevilən model olmağı bacardı. Çantanın forması gündəlik kompakt istifadə üçün yararlı olsa da, uzun zəncir asqısı onu gecə geyimləri ilə də, geyinməyə imkan yaradır.
2011-ci ildə sensasiya olan “Chanel Boy”- onun qalın zəncir asqısı və logolu metal açılqanı  bu modelin ovçuların mərmi çantasından ilhamlanaraq hazırlandığından xəbər verir.
Buna baxmayaraq, bu çanta stilistlər tərəfindən  hər üslubda  zövqlə istifadə edilib.
2015-ci ildə “Chanel Grand Shopping Tote”,  ardınca “Chanel Gabrielle 2018” bu modellər iri həcimli və geniş olub, gündəlik istifadə etmək üçün çox əlverişli oldular.
“Chanel Parfume Bottle Bag”, “Chanel Milk Carton Bag”, “Chanel Hula Hoop Bag” bu modellər isə podiumları bəzəyən avanqard stildə oldular. Ancaq bu həqiqətdir ki, biz onları yalnız məşhurlarda və özəl gecələrdə gördük.
Əsmər Göyüşova