Qış üçün papaq trendləri artıq məlumdur…

Paris moda həftəsi payız-qış mövsümündə papaqların diqqət mərkəzində olacağı xəbərini verir. Moda keçmişdən ilhamlanarkən, papaqlar da bu cərəyandan geri qalmadı. Tarix kitablarında və köhnə filmlərdə gördüyümüz papaqlar müxtəlif dizayn ilə yenidən qarşımıza çıxdı. Dolce & Gabbananın lələklərlə və çiçəklərlə bəzənmiş şlapalarını soyuq havalarda küçə dəbində görəcəyik. Lakin, Courrèges və Loewe -nin kolleksiyasında olan nümunələri istifadə etmək cəsarət tələb edir.

Nigar Məmmədova