8 Mart Bayramınız Mübarək!

8 Mart Bayramınız Mübarək!

8 Mart 1857-ci ildə baş verən mitinqlə bərabər həm böyük bir işçi ,həm də qadın birliyi ortaya çıxdı. 1910-cu ildə ilk dəfə Kopenhagendə toplaşan II. Enternasyonalda 8 Martın Qadınlar Günü olaraq qeyd edilməsinə qərar verdi. Daha sonra artıq digər ölkələr də qeyd etməyə başladı.
Bu dövrün dəbi böyük şapkalar və qısa saçlarla xarakterizə edilirdi. Həmçinin, qadınlar kostyum tipli geyimlər seçim edirdilər.
Libas uzunluğu ayaq biləyindən yuxarıya doğru qısalmağa başlamışdı və qadınlar uzun ətək üzərindən bir tunik geyinərdilər. Ətəklərin üst hissəsi geniş və ayaq biləyinə doğru daha dar formada idi. Ayaqqabıların yüksək dabanları var idi. Qadınlar əsasən gün ərzində bot və axşamları ayaqqabı geyinərdilər. İlk dəfə sport ayaqqabılar 1917-ci ildə Keds tərəfindən dizayn edildi.
Bu dövrdə geniş kənarlı böyük şapkalar xeyli yayılmışdı. Qadın çimərlik geyimləri çox qapalı şəkildə dizayn edilirdi. Hətta, çimərlik geyimlərinin üzərindən əlavə geyimlər də nəzərdə tutulurdu.
1910-1919 illərə öz imzasını atan Paul Poiret adlı dizayner dar ətəyi icad edərək, dəbi yenilik gətirmişdir. Daha sonralar isə , 1931 ildə My First Fifty Years adlı biyografiyasında bunları demişdir: “Bütün böyük dəyişikliklər kimi, bu da azadlıq adına edilmişdi”. Bu dövrlərdə artıq qadınlar azadlıq uğrunda addımlar atmağa başlamışdılar.
Ümumiyyətlə qadınlar, bir cinsiyətdən daha çoxudur. Hər insanın həyatının başladığı nöqtə olan qadınlar illərdir sırf anatomik görkəmlərinə görə əzilmişdir. İndi az da olsa davam edən bu əzilmələr əlbəttdə bir gün bitəcək. Lakin hər zaman qadınlar bu əzilmələr qarşısında dik dayanaraq öz azadlıqları uğrunda addımlar atmışlar. Qadınlar daim özəl, incə və yeri gəldikdə isə güclü olan varlıqdırlar.
Sadəcə bir gün deyil, hər gün qadınların özəl olduğunu xatırlamalıyıq.
Bütün xanımları 8 Mart Qadınlar Günü münasibəti ilə təbrik edirik!

Zəhra Həsənli