Yaz Gəlinlik trendləri…

Şübhəsiz ki, hər bir qadının toyu onun ən xüsusi günlərindən biridir. Toyun ən vacib detal isə gəlinlikdir. 2019 Yaz gəlinlik modelləri istənilən zövqdə xanımın xəyallarına cavab verir.

Çiyini aşağı düşən modellər

Həm romantik, həm də zərif görünmək istəyənlər üçün, çiyni aşağı düşən gəlinlik modelləri ideal seçimdir. Çiyinləri nazik və dik formada olan xanımlar bu hissələri vurğulamaq istəyirlərsə, bu modeli seçim edə bilərlər.

Çiçəklərlə bəzədilmiş modellər

Gəlinliklərdə çiçək detalları bu il çox trend olacaq. Tamamilə hər yerində olmasa da, gəlinliyin bəzi hissələrinə səpdirilmiş olan çiçəklər sizə xoş bir hava qatacaqdır. Sadəcə bəzi hissələrdə, ətəklərdə və ya tüldə istifadə edilən çiçək motivləri romantik bir görünüş yaradır.

Dekolteli modellər

Xüsusilə V yaxa şəklindəki gəlinlik modelləri çox sevilir. Bu ilin dəbi olan dekolteli gəlinlik formaları, cəsarət və özünə inamı simvollaşdırır.

A kəsimli gəlinliklər

Tam qabarıq olmayan A kəsim gəlinliklər modellər arasında həmişə öz yerini qoruyur. 2019-cu ilin yaz gəlinliklərində A kəsim modelləri ilə nə çox kilolu, nə də çox arıq görsənməyə bilərsiniz. Çox qabarıq gəlinlik modelini sevməyənlər üçün A kəsim model ideal seçimdir.

Şahzadə modellər

Bu model toyunda bir şahzadə kimi görünmək istəyənlər üçün nəzərdə tutulmuşdur. Fərqli motivlər ilə bəzədilmiş bu model, diqqətə layiq və məftunedici görsənir. İçində özünüzü şahzadə kimi hiss etməyiniz üçün idealdir.

Geometrik naxışlar

Bu ilin moda trendləri arasında olan həndəsi naxışlar təkcə gündəlik paltarlarda deyil, eləcə də toy modellərində özünü göstərir.Həm sadə, həm də fərqli görünmək istəyənlər üçün həndəsi naxışlar ilə hazırlanmış toy geyimləri ideal seçimdir.

Zəhra Həsənli