Barbara Palvin yenidən Victoria’s Secret nümayişində…

Barbara Palvin, Victoria’s Secret’in təzə mələyi oldu.

Əyləncəli və mürəkkəb bir dünyaya qapılarını açan Victoria’s Secret, 2019-cu ilin ən son mələyinin Barbara Palvin olduğunu açıqladı.

Macarıstan modeli, ilk dəfə 12 yaşındaykən kəşf edilmiş və  2010-cu ildə ilk dəfə Milan şəhərində keçirilən Prada moda nümayişində çıxış etmişdi.

Prada ilə karyerasını başlayan Palvin Louis Vuitton, Miu Miu, Jeremy Scott, Nina Ricci, Philosopy və Dolce&Gabanna kimi bir neçə markanın dəfiləsində çıxış etmişdi.

Barbara Chanel Haute Couture dəfiləsi üçün Saint-Tropezdə qatıldığı seçimlərdə Karl Lagerfeldin diqqətini çəkdi və daha sonra Chanelin bir neçə reklam kampaniyalarının üzü oldu.

Məhşur markalarla işindən sonra, Barbara ilk olaraq 2012-ci ildə Victoria’s Secret nümayişində çıxış etmişdi. Daha sonra 2018-ci ildə yenə geri qayıdaraq, hər kəsi heyran edir və nəhayət 2019-cu ildə isə Victoria’s Secretin ilk macar mələyi olur.

Zəhra Həsənli