Lüks markalar plastikdən imtina edir…

Lüks markalar plastikdən imtina edir…

Burberry, 2025-ci ilə qədər plastik materialların istifadəsindən imtina edəcəyini açıqladı. 2018-ci ilin oktyabrından marka  Stella McCartney və H&M  kimi brendlərin sırasına qoşularaq, Yeni Qlobal Plastik İqtisadiyyatı Öhdəliklərini imzaladı. Layihənin hədəfi qlobal səviyyədə moda sənayəsində tullantıların miqdarını azaltmaq və davamlı istehsalata keçməkdir. Burberry gələcəkdə təkrar istifadəyə yararlı bağlamaları təqdim etməklə yanaşı, 2019-un sonuna qədər alıcılardan lazımsız asılqanların geri toplanmasını da təmin edəcək.

Nigar Məmmədova