“Chanel Pharrell” kolleksiyası nümayiş olundu…

Pharrel Williamsın küçə stili Chanel-in moda anlayışı ilə birləşdi: Chanel Pharrell.

Karl Lagerfeld’in ölümündən qabaq Pharrell Williams’ın Chanel üçün kolleksiya hazırlayacağı deyilmişdi. Lagerfeld’in “Chanel Pharrell” deyə adlandırdığı kolleksiya nümayiş olundu..

Pharrell Williams, Fransız moda evi Chanel üçün kolleksiya hazırladı. Pharrell’in küçə stili ilə Chanel’in möhtəşəm moda anlayışının bir yerdə istifadə olunduğu kolleksiya, unisex dizaynları ilə diqqət çəkir. Tanınmış moda evinin tarixində gerçəkləşdirdiyi ilk ortaq kolleksiya olan Chanel Pharrell, geniş rəng palitrasından ibarətdir ..

T-shirt, libas, şapka, sweatshirt, ayaqqabı və çantalardan ibarət kolleksiyada aksesuar istifadəsinin çox olması diqqət çəkən detal oldu. Chanel Pharrell kolleksiyası ilk dəfə 29 Mart Chanel’in yeni açılacaq Seul mağazasında satışa veriləcək..

Zəhra Həsənli