Çimərlik mövsümü üçün ipucları…

Çimərlik mövsümü yaxınlaşdıqca, mağazalarda fərqli dizaynda bikinilər və çimərlik aksesuarlarına rast gəlirik. Lakin,həm trendlərə, həm də quruluşumuza uyğun düzgün çimərlik geyimini seçmək elə də asan deyil.

Digər bütün trendlər kimi bikinilərdə də retro stil ön plandadı. Yüksək bel alt hissə və crop-top formalı üst hissə bikinilər həm printli, həm də tək rəng dizaynda ilin sevilən parçası olacaq. Xırda çiçək və tropikal printlərə tez-tez rast gələcəyik. Animal printləri isə, daha çox sport stilində dizayn edilmiş geyimlərdə görəcəyik.

Hər zaman aktual olan bütöv çimərlik geyimlərinə bu il əlavə olunan kəmər, halqa, lent detalları 60-cı illərin stilini xatırladacaq.

Material və rəng seçimində isə heç bir məhdudiyyət yoxdur. Canlı mərcan rəngi başda olmaqla çəhrayı, qırmızı, narıncı, sarı rənglərlə tez-tez qarşılaşacağıq.

Nigar Məmmədova