Hamilələr üçün qarderob hiylələri…

Hamiləlik zamanı qarderobu sıfırdan dəyişmək və müxtəlif səbəblərə uyğun geyim alış-verişi etmək yorucu və xərcli prosesdir. Uğurlu seçilmiş bir neçə parça ilə həm gündəlik, həm də özəl günlərə uyğun kombinlər hazırlaya bilərsiniz.

Hamiləlikdə sadə qara şalvar sizin üçün əvəzedilməz olacaq. Elastik belli bir neçə cüt şalvar seçməklə, siz 9 ayı asanlıqla, əlavə alış-verişsiz keçirə bilərsiniz. İstər gündəlik tərzdə, istərsə də önəmli tədbirlərə uyğunlaşdırıla bilən qara şalvar ilə bir çox geyim parçasını kombinləmək olar.

Önü açıq, boş biçimli bleyzer ilə şık görünmək qaçınılmazdır. Hamiləlikdən sonra da rahatlıqla istifadə edə biləcəyiniz belə bleyzer hamiləlinizi uzun müddət diqqət mərkəzindən uzaqlaşdıracaq.

Böyük ölçü köynəklər iş mühiti üçün ideal seçimdir. Belə ki, midi karandaş ətəklə kombinlənən köynək sizə ciddi və zövqlü görünüş verəcək.

Yuxarıda qeyd olunan istənilən geyimə aksesuar kimi kəmər əlavə etməklə, kombininizə fərqli hava qatmış olarsınız.

Nigar Məmmədova