Çanta trendlərində onun yeri əvəzolunmazdır…

Keçmiş dövrlərin, əsasən də, 80-ci və 90-cı illərin ən sevimli aksesuarlarından biri bel çantaları idi. Keçən ildən trend olan bu çantalar, bu dəfə daha fərqli dizaynları ilə qarşımızda olacaq.

Tək rəngli və ya fərqli rənglərlə hazırlanmış bel çantaları müxtəlif istifadə nümunələri ilə diqqət çəkir. İstədiyiniz halda-beldən ya da çiyindən bağlayaraq istifadə edə bilərsiniz. Bel çantalarında dəri alternativi də çox istifadə olunan modellər arasında yer alır. Çantanızdakı mühüm əşyalarınızı qoruyan ideal bir modeldir. Yüngüllükləri ilə diqqəti çəkən bu çantalar, çiyininizə də ağrı vermir.

Zəhra Həsənli