Lacoste x Keith Haring kolleksiyası təqdim olundu…

Lacoste x Keith Haring küçə stilinin sənətlə tanış olduğu dinamik, əyləncəli və canlı bir kolleksiya nümayiş etdirdi. Bu kolleksiyada ikonik Lacoste loqosu Amerika küçə sənətçisi Keith Haringin imzası ilə birlikdə istifadə olunur.

1980-ci illərdə küçələri, metroları və məkanların divarlarını rəngliyərək, qalereyalar və muzeylər xaricində alternativ bir sənət bazarı yaradan Haring 1990-cı ildə 31 yaşında dünyasını dəyişib. Vəfatından bu tərəfə işləri dünyada məşhur muzeylərdə və kolleksiyalarda yer alan sənətçinin ikonik dizaynları indi də moda ilə təzədən həyata qayıdır. Dizaynlarda, Haring ilə inteqrasiya edilən “Barking Dog” və “Heart”-ın təsvirləri fərqli və  görkəmlidir.

Zəhra Həsənli