Mango böyük bədən xanımlar üçün Violeta kolleksiyasını hazırladı…

Mango tərəfindən hazırlanan Violeta 2019-cu ilin yaz-yay kampaniyası qadınların gücünə güc qatır.

Xüsusilə son illərdə biz dünyada qadınların həmrəyliyinə şahid oluruq və qadınlar artıq səslərini daha güclü şəkildə eşitdirə bilirlər. Özlərini ən uğurlu ifadə edə bildikləri yollardan biri də şübhəsiz ki, modadır. Bədən ölçülərinin olmaması problemi də bu çərçivədə geniş bir yer tapmışdır və vacib markaları da öz təsiri altına almışdır.

Mango tərəfindən hazırlanan Violeta hər qadının özünü gözəl hiss etməsi və dəbə uyğunlaşması üçün böyük ölçülü kolleksiya təqdim edərək yeni mövsümdə böyük ölçülü xanımları dəstəkləyir. Ashley Graham ilə Payız-Qış kampaniyasında qabağa çıxardığı “I Am What I Am” şüarı ilə qadınları dəstəkləyən Mango, təzə mövsümdə də bu şüar ilə qadınların gücünə güc qatır. Cartagena de Indiasda çəkilişləri aparılan və Paloma Elsesser, Lorena Durán, Iza Ijzerman’ın üzü olduğu kolleksiyada parlaq və canlı tonlarla hazırlanan çiçək printləri və incə libaslar, gənc, modern və cəsur bir görüntü yaradır.

Zəhra Həsənli