Kate Hudson ikinci geyim markasını təqdim etdi…

Hollywood-un sevilən aktrisalarından Kate Hudson yaxın günlərdə «Happy x Nature» adlı geyim markasını təqdim etdi. Uyğun qiymətli və davamlı geyimlərdən ibarət kolleksiya Kaliforniya konseptindən ilhamlanıb zərif paltarlar, cins dəstlər və incə bluzlardan ibarətdir. Markanın hədəfi təbiəti çirkləndirmədən, daha az ziyan ilə geyim istehsal etməkdir.

Qeyd edək ki, «Happy x Nature» Hudsonun ikinci geyim markasıdır. Aktrisa 2013-də idman geyim xətti “Fabletics” -i qurmuşdur.

Nigar Məmmədova