Amerika Moda Dizaynerləri Birliyi Jennifer Lopez’i İlin Moda İkonu seçdi…

Amerika Moda Dizaynerləri Birliyi Jennifer Lopez’i İlin Moda İkonu seçdi…

Amerika Moda Dizaynerləri Birliyi (CFDA), Jennifer Lopezi İlin Moda İkonu adlandırdı.

Dünyanın ən nüfuzlu sənətçilərindən biri olan Jennifer Lopez, 2019 CFDA Awards-da Moda İkonu mükafatına layiq görüləcək. Amerika Moda Dizaynerləri Assosiasiyasının mükafat mərasimi 3 iyun tarixində Brooklyn Muzeyində baş tutacaq. Jennifer Lopezin, bu mərasimdə İlin Moda İkonu Mükafatına layiq görüləcəyi elan edildi. Əvvəllər Naomi Campbell, Rihanna, Beyonce, Pharrell və digərləri bu mükafata layiq görülmüşlər.

CFDA prezidenti Diane von Furstenberg, moda dünyasında uzun müddətdir ki, qlobal təsirinə görə mükafat alan Jennifer Lopez üçün “O güvən və gücünü ifadə etmək üçün geyimlərdən istifadə edir” dedi.

2019 Moda İkonu Jennifer Lopez öz unikal tərzini səhnədə, gündəlik həyatında və qırmızı xalça üzərində sərgiləyir.

Zəhra Həsənli