Kraliça 2-ci Elizabeta stili…

İngiltərə taxtında ən uzun müddət qalan Kraliça 2-ci Elizabeta yaxın günlərdə 93 yaşını qeyd etdi. İldə 2 dəfə ad gününü qeyd edən kraliça öz rəngarəng geyimləri və papaqları ilə həmişə diqqət mərkəzində qalmağı bacarır. Tituluna və yaşına baxmayaraq, parlaq kostyumlardan imtina etməyən kraliça 2002-ci ildən bəri öz qarderobunu Mary Angela Kelly-ə əmanət edir.

Kraliçanın stilində diqqət çəkən məqamlardan biri daim eyni çantaya-Launer markasının çantalarına müraciət etməsidir. Launer markasının saray üzvləri ilə əməkdaşlığı 50-ci illərdən başlayır. Marka ildə 3-5 arası Kraliçaya özəl çanta dizayn edir. “The black leather Royale” və “The black patent Traviata” kraliçanın ən sevimli modelləridir.

Ayaqqabı seçimində də sadə qara loafer-ə üstünlük verən Kraliça kiçin dabanlı və ya altı düz olan modellər ilə geyimlərini kombinləyir. Çantada olduğu kimi, ayaqqabıda da illərdir sadiq qaldığı  Anello & Davide brendinin loafer model ayaqqabıları artıq Kraliçanın imzasına çevrilib.

Nigar Məmmədova