Lionel Richie-nin qızı Sofia Richie öz moda markasını hazırlamağa başladı..

Lionel Richie-nin qızı Sofia Richie öz moda markasını hazırlamağa başladı..

Müğənni Lionel Richie və dizayner Diane Aleksandrın qızı  Sofia Richie bu yay mövsümündə “Sofia Stone” adlı moda markasını satışa buraxacaq.

Sofia Richie, Sofia Stone adını verdiyi markasında bodysuits, crop top üst geyimlər, məxmər yüksək belli şalvarlar və libaslar ,həmçinin özünə məxsus tərzini əks etdirən 12 parçadan ibarət kolleksiyasını təqdim edəcək. Kolleksiyanın avqustun sonlarında nümayişi gözlənilir.

Richie Michael Kors və Tommy Hilfiger üçün kampaniyalarda iştirak edərək moda sahəsində güclü əlaqələr qurdu. O, həmçinin, Dolce & Gabbana, Jeremy Scott və Kanye Westin Yeezy Season 4 nümayişində podyuma çıxdı.

Zəhra Həsənli