Adidas Originals və Fiorucci yeni kolleksiya hazırladı…

Adidas Originals və Fiorucci, etdikləri ilk əməkdaşlığın böyük müvəffəqiyyətindən sonra daha böyük və daha cəsur bir iş yaratmaq üçün yenidən birləşdi. Yeni kolleksiya bir səyahət üçün mükəmməl yay tətili qarderobudur.

Adidas Originals və Fiorucci arasındakı ikinci əməkdaşlıq dalğası, bu iki marka arasındakı əlaqəni və ortaq vizyonu ortaya qoyur. Kolleksiya, Fiorucci mirasının üstündəki klassik adidas simvollarına yönədilmişdir. Kolleksiya Fioruccinin tarixini və cizgilərini alaraq, Adidas Originalsın siluetləri ilə birləşdirir. Nəticədə, kolleksiya hər iki markanın bütövlüyünü və klassik üslubunu qoruyur.

İki marka arasında ilk əməkdaşlıq, gənclərin mədəniyyətini dəstəkləmək və qadınların güclərini möhkəmləndirmək məqsədilə ərsəyə gəlmişdi. Kolleksiya, markanın qadın geyimlərinə canlılıq, sevinc, rahatlıq və üslub əlavə etmək öhdəliyini dəstəkləyirdi.

Adidas Originals və Fiorucci təzə kolleksiyası bugündən etibarən satışa çıxarlıcağı deyilir.

Zəhra Həsənli