Fenty LVMH qrup tərkibində lüks brend kimi fəaliyyətə başladı…

LVMH qrup daxilində fəaliyyətə başlayan Fenty artıq lüks brend kimi kolleksiyalar hazırlayacaq. Brendin baş mağazasının Parisdə qurulması nəzərdə tutulub. Nicolas Ghesquiere və Heidi Slimane kimi bədii direktorlara əməkdaşlıq edən Rihanna geyim, ayaqqabı və aksesuar kolleksiyaları hazırlamağı planlaşdırır. Markanın stili isə hələki açıqlanmayıb. Lakin, özünəməxsusluğu ilə öz sözünü demiş Rihannanın makasında da cəsarətini nümayiş etdirəcəyi gözlənilir. Kolleksiyanın ilk təqdimatı mayın sonuna nəzərdə tutulub.

Nigar Məmmədova